Nə qələm indi
Mən olmuşam dərdü qəmin barkəşi,Qəmdən tikdirmişəm nə qalam indi.İstədim ki, yara bir namə yazım,Nə mürəkkəb tapdım, nə qələm indi.
Leyli Məcnun məskənini dağ etdi,Sinəsi üstün düyün etdi, dağ etdi.Fələk vurdu, ləşkərimi dağıtdı,Ləşkərim qalmadı, nə qalam indi.
Bir ərzim var, mən də deyim şahana,İlahiyə şükr eylərəm, şaha nə?Qorxuram ki, nazlı yarı şah ana,Nə qovğayam indi, nə qalam indi.
Kitablar oxuyub, cimadə getdi,Məhəmməd meraca cumada getdi,Abbas ağlar, Gülgəz Cuma da getdi,Pərisiz dünyada nə qalam indi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-ne-qelem-indi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · Хвалебные
Əbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Getmə, amandıGözəllər sultanı, mələklər şahı,Alagöz cananım, getmə, amandı!
Ey qorçubaşı, ey sitəm əhlinə pişvaEy qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.
شنیدهام که به شاهان عشق بخشی تاجبه تاج عشق تو من مستحقم و محتاج