Varsağını gör
Əttar dükanında bir molla gördüm,İtirib imanın varsağını gör!Əcəl piyaləsin dutub dəstində,Doldurub zəhrinən var sağını gör!
Bitib dost bağında canım alması,Üzmə, kamil deyil, canım, alması.Necə qəbul elər, canım almasıDoğram-doğram eylər varsağını gör!
Qıvlagahım başım üstən baş bular,Hamılardan artıq bular, baş bular.Mənim pərim fəqan eylər, baş bular,Tilazar sırğanın varsağını gör.
O kəkil bitəndə, bu can itəndə,O canda tapılar bu canitəndə.Abbas, necə ki, var bu canı təndə,Ara könüllərin var sağını gör!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tufarqanli-varsagini-gor
Клавиши ← → для перехода, R — случайное стихотворение