Sevgi
Həlimənin saçlarıdağılmışdı otların içinə,Günəşin şəfəqləriyavaş-yavaş dolaşdıHəlimənin saçına.Günəş qalxdı yavaş-yavaş,günəş bir boy ucaldı, -Və Həlimə yuxudaduydu saçlarının dartıldığını.Həmidin qollarısürüşdü Həlimənin boynundan,sürüşdü sinəsinə,sürüşdü ayaqlarına.Həmidin qollarısürüşüb torpağa düşəndəHəmid diksindi, oyandı yuxudan.Və Həlimənin ayaqlarıtorpaqdan üzüləndəHəlimənin qıçlarına dolaşdıHəmidin qolları.Günəş qalxdı yavaş-yavaş,günəş bir boy ucaldı, -Həmidin də ayaqlarıüzüldü torpaqdan...
Sonra aşağıda qaldı çəmən də, -Və kəndin üstündən keçib gedəndə,Həlimənin səsinə -Kişilər əllərində dəryazçıxdılar damların üstünə.
...keçdilər Cəbrayılınhündür damının yanından.Cəbrayıl gəlib damınqırağında dayandı.Əlindəki dəryazıha uzatdı irəli,Həlimənin saçlarına dolaşanşəfəqlərə çatmadı.O dəryazın tiyəsibir çəngə tük kəsdiHəlimənin saçındanVə Cəbrayılsaxlaya bil-mədi özünü.Başı üstə yıxıldı damdan yerə...
...keçdilər Mikayılınyastı damının üstündən.Mikayıl əlindəki dəryazıha qaldırdı yuxarı,Həlimənin saçlarına dolaşanşəfəqlərə çatmadı.Həlimənin ayağını qanatdıo dəryazın tiyəsi.Həmid öpdü, öpdüHəlimənin yarasından
Və Həmidin dişlərinin arasındanürəyinə süzüldü Həlimənin qanı...
Günəş qalxdı yavaş-yavaş,günəş bir boy ucaldı.Aşağıda qaldı kəndlər,Dağlar qaldı aşağıda,Aşağıda qaldı ölkələr də.Və günəşgünorta yerinə dikələndəHəliməylə Həmid'görünürdü dünyanın hər tərəfindən.
...Günəş endi yavaş-yavaş,günəş bir boy alçaldı.Həmid duyduqollarının gücdən düşdüyünü,Həlimənin qıçlarından sürüşdüyünü.Və Həmid ömründə birinci kərəsevinmədiHəlimənin dərisinin hamarlığına.
Günəş endi yavaş-yavaş,günəş bir boy alçaldı.Bir quş qanad çaldı,qondu Həmidin çiyninə.Birdən üçqat ağırlaşdıHəmidin bədəni,Və Həlimə elə bildiayaqları indiqopacaq dibindən.
Günəş endi yavaş-yavaş,günəş bir boy alçaldı.Quş qanad çaldı, uçdu,axşamın toranlığı uddu quşu.Yamyaşıl otların üstə sərildiHəliməylə Həmidin ayaqları,sonra kürəkləri.
Yavaş-yavaşHəlimənin saçlarından açıldıgünəşin şəfəqləriVə Həmidinsol qolunun üstə düşdüHəlimənin başı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-sevgi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İnteligentlər deyir ki:**Deyirik haləti-təhsildə: millət! millət!
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən