Şalvarımı, pencəyimiçevirdim astar üzünə,Gülə-gülə çıxdım dostlar üzünə.Şalvarım, pencəyim təzə,Corabım, əlcəyim təzə,Ömrümdən savayı, hər şeyim təzə."Bu ömrün yiyəsinəqız gəlməz, atam balası!.."Ömrümü çevirdim astar üzünə,Gündüzünü gecəsinə,Gecəsini gündüzünəçevirdim...

Tanrının cibitəkbu göy üzündəBuludların dolub-boşalmağı var,Qardaş məclisində,dost məclisindəGözlərimin yersiz yaşarmağı var, -Gözlərimiçevirdim astar üzünə,Ürəyimi gördüm, içimi gördüm.Ürəyimin əsl yüküsevinc imiş sən demə,

Kədərimin əsl köküsevinc imiş sən demə,Kədərimiçevirdim astar üzünə,Sevincimi gördüm...

İndən belə ağlayankişi deyil, - dedim, - qardaş,Ağlamaqkişi işi deyil, - dedim.Bir yalan gülüşlə örtdüm üzümü,gizləndim üzümün astar üzündə.Neçə dost üzünə sürtdüm üzümü,qaldı gözüm yaşı dostlar üzündə.Çox dedim, ölərəm,qorxan olmadı,Çevrilib dalımca baxan olmadı,Getdim,o dünyaya dəydim, qayıtdım,Getdim,qapısını döydüm, qayıtdım,Gülə-gülə çıxdım dostlar üzünə,Dostlarıçevirdim astar üzünə,Nə yaxşı ki, düşmən çıxan olmadı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов