Aydın Məmmədovun xatirəsinəHələ çiyinlərdə gedir tabutun,qəbrinin ağzı da açıqdı hələ.Gözləyir o qəbrin dilsiz sükutu;sənin sükut payın nə çoxdu hələ!..Ən rahat, qorxusuz yoldasan indi,dünyanın ən təmiz, ağ donundasan.Bircə Allah bilir, hardasan indi;ömrün əvvəlində, ya sonundasan.Sən indi yumsan da gözünü, - bəlkəO sönən ağlınla nəsə qanırsan.Beşikdə bilirsən özünü bəlkə,Astaca-astaca yırğalanırsan.Bəlkə sən deyilsən tabutda gedən,bəlkə doğrudan da, körpə uşaqsan.Tabutun qəbrinə çatana qədərtəzədən böyüyüb dil açacaqsan.Hamı quruyacaq getdiyi yerdə,sən axı onlara nə deyəcəksən?!

Bəlkə bu dünyayla bir ayrı dildədanışıb-dərdləşmək istəyəcəksən.

Heç kəs qanmayacaq dilini onda,danışıb-danışıb yorulacaqsan.Təzədən çatacaq ölümün onda,təzədən tabuta qoyulacaqsan.

Sus daha!.. Susmağı öyrən bu başdan,bəxtinə yazılıb bu sükut axı.Nəyinə lazımdı; hansı ağacdankəsilib-düzəlib bu tabut axı?!

Gedər əsə-əsə bu qara tabut,qorxma, səni yolda salıb-itirməz.Yüz il bar gətirsə bu qara tabut,bir də səndən gözəl meyvə bitirməz...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти