Bu yerləri, bu göyləriYağış yuyur, gün qurudur.Bu dünyada çox şeyləriYağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da,Bağrımızın başını da,Qəbrimizin daşını daYağış yuyur, gün qurudur.

Gələn nədi, gedən nədi?Bələk nədi, kəfən nədi?Bu dünya öz kefindədi,Yağış yuyur, gün qurudur.

...Ulduzların tozunu da,Lap günəşin özünü də,Lap yağışın özünü dəYağış yuyur, gün qurudur...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе