Qəbrim də yoxdu ki, deyəm;Üstünə bir gül dər apar.Ya lap hava qaralanda,Ya lap səhər-səhər apar.

Nə olsun sağam, diriyəm,Onsuz da, sənsiz ölüyəm,Ürəyində bir azca qəm,Boğazında qəhər apar.

Elə bilir, oğlu sağdı,Hələ dünənki uşaqdı,Ölmüşəm, xəbəri yoxdu,Anama da xəbər apar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов