Arkadaş, dinlə könül sözlərimi,Qopsa tufan, qapamam gözlərimi,Görürəm gün kimi gündüzlərimiMən nə xülya, nə masal şairiyəm!

Taleyi qurcalanan bir ulusun,Qoruna qor calanan bir ulusun,İkiyə parçalanan bir ulusunBirliyə bağlı vüsal şairiyəm!

Sanma bir zəlzələdən ürkəm mən,Qranitdən mətinəm, bərkəm mən,Adı dillərdə gəzən Türkəm mən,Ulu yurdum ulusal şairiyəm!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов