Arxalı
Bir güllə yaz olmaz bu yer üzündə,Bir elə dağ çəkər bir yasaq, oğlum.Mərdimazar oğlu gözə dəyməsə,Neyləyər meyvəli bağ hasar, oğlum?!
Aslan qəhərlənər, əlbət, düşəndə...Tülkü bəyə dönər, xəlvət düşəndə,Nadanın əlinə fürsət düşəndə,Hey vurar, hey kəsər, hey asar, oğlum!
Düşmənin bal sözü dosta çor gəlir,Qürbətin günəşi gözə tor gəlir,Namərdlər görmüşəm mərdə zor gəlir,Arxalı qoduqlar qurd basar, oğlum!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-arxali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl
GörübdüNecə söz deyəsən qəm ərbabına,O da sənin kimi zəri görübdü.
Nerdəsən gəl, ey yüzü ağım bənimNecəsən gəl, ey yüzü ağım bənim?Sən əritdin odlara yağım bənim.
Pənbə çarşafPənbə, şəffaf, ipəkli bir çarşaf,Lərzişi-səfvətilə hər saət