Yoxluğun sonu yox, varlıq sonludur,Bir yanı torpaqdır, bir yanı sudur.

Torpağın sonu var, suyun sahili,Sahilsiz könlümün budur nisgili.

Qanadlı bir atın üstə atlanıb,Coşub, genişlənib, kainatlanıb.

Sağ əlimdə Günəş, sol əlimdə Ay,Qarşımda uldazlar açıla lay-lay.

Göydə şimşək kimi çaxmaq istərəm,Zamandan dışarı çıxmaq istərəm...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине