Zaman
Zaman nə deməkdir, düşündüm bugün,Alovlandım bugün, üşündüm bugün.
Zaman axıb – gedən günlərimizmi?Diləklərimizmi, ünlərimizmi?
Zaman keçmişmidir, gələcəkmidir?Zaman bugünmüdür, o gerçəkmidir?
Könülmü duyduran hər gözəl günü?Ağılmı uyduran bu üç bölgünü?
Keçmiş nə deməkdir, gələcək nədir?Kim cavab verəcək, biləcək, nədir!
Bugün günümüzdə, bugün bugündür,Hər kəsin gördüyü, duyduğu gündür.
Dünən bugün idi dünən, deyilmi?Sabah da dünənə dönən deyilmi?
Bugün keçmiş olur sabah olurkən,Sabahlar açmırmı keçmişə yelkən?!
Sabah bugün olur sabah gəlincə,Zülmətin bağrını sabah dəlincə.
Zaman ulduzların sırasındamı?Bugünlə sabahın arasındamı?
Zamanı uyduran biz deyilmiyik?Qəlblərə duyduran biz deyilmiyik?
Zaman bir sürəkli aradır, ara,Ömrü sürükləyir sonsuzluqlara.
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-zaman-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu dünya, gidi dünya,İlləri yaman keçər.
Ən yazıq insanBaşa sal, "mən yazığam" söyləyəni, qandır, oğul,Ən yazıq "mən yazığam" söyləyən insandır, oğul!
Bəxtiyar şairBəxtiyar şair odur ki, yaşayır yurduyla,Ulu yurdda ucalan bir oğul olmaz bədbəxt!
İnsanlıqƏn böyük rütbəsi, məncə, atalıqdır kişinin,Analıq sevgisidir bər-bəzəyi bir qadının.