Düşünmə, sevgilim
Düşünmə, sevgilim, bugünGülümsəyən çiçəkləri,Bugün-sabah solar deməBaharının bəzəkləri.
Təbiətin çiçəkləriGələn bahar açar yenə,Bahar gələn zaman GünəşDoğub şəfəq saçar yenə.
Düşünmə, sevgilim, bugünBir az solan çəmənləri,Ləçəklərində çən duranZavallı yasəmənləri.
Payızda qovrulan çəmənBaharda dirçələr yenə,Zavallı, çənli yasəmənAçınca nur çilər yenə.
Düşünmə, sevgilim, aman,Düşün bizim məhəbbəti,Düşün mənim zaman-zamanDüşündüyüm müsibəti...
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-dusunme-sevgilim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözəl İstanbulun gözəl qəmi var,Öylə bir qəm ki türlü məhrəmi var.
TürklərTürküyədir ruhumuzu dindirən,Dilimizdə bir yabançı şərqi yox!
DüşmanlarımızDüşmanlarımız bizlərə Türk söyləmiş ancaq,Türkəm deməyən yurddaşımız düşmanımızdır!
Gözəl İstanbuldaGördüm gözəl İstanbulu, cənnətdir o cənnət,Cənnətdə də olmaz sanıram ondakı ziynət,