Gördüm gözəl İstanbulu, cənnətdir o cənnət,Cənnətdə də olmaz sanıram ondakı ziynət,

Gəzdim gözəl İstanbulu, başdan-başa gəzdim,Üç ay sarılıb boynuna, hər səmtini sezdim.

Dünya geniş, əlbəttə, gözəl bəldəsi çoxdur,Bundan gözəli yerdə də yox, göydə də yoxdur.

Duydum canım İstanbulu, həp varlığı Türkdür,Bir ölkə sığar qoynuna, olduqca böyükdür!

İstanbula daldım, Bakıma bənzəri çoxdur,Orda Bakımın sözləri çox, izləri çoxdur.

Sandım Bakım İstanbula köçmüş, nə səadət!Üzlərdə o şəfqət, o nəzakət, o məhəbbət!

Baxdım adımız bir, soyumuz bir, dilimiz bir,Gördüm odumuz bir, suyumuz bir, elimiz bir.

İstanbulun övladları yurddaşlarımızdır,Bir türkü deyən sevgili türkdaşlarımızdır!

Var ol dedim İstanbula həsrət canımızdan,Candan ona bağlı can Azərbaycanımızdan!

İstanbul, 1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине