Gəldin, nə gözəl oldu,Gül açdı, tikan soldu,Güldükcə, gözüm doldu,Getmə, məni tərk etmə,Getmə, gözəlim, getmə!

Sənsiz yığılar bağlar,Sənsiz dağılar dağlar,Sənsiz ağılar çağlar...

Getmə, məni tərk etmə,Sənsizləmişəm, getmə!

Getsən, görərəm yay, qışGülşəndə ular qurt-quş,Bülbüllər olar bayquş.

Getmə, məni tərk etmə,Getmə, gözəlim, getmə!

Getsən, darılar ağlım,Bağrım yarılar, bağrım,Köksümdə qopar ağrım.

Sənsizləmişəm, getmə,Getmə, məni tərk etmə!

Sanma gəzərəm sənsiz,Candan bezərəm sənsiz,Mənmi dözərəm sənsiz?

Getmə, məni tərk etmə,Getmə, gözəlim, getmə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе