Mənim gözəl çocuqlarım,Sevimli yavrucuqlarım.

Bilin, gözəl düşüncələrAçar könüldə qönçələr.

Qapılmayın dəcəlliyə,Könül verin gözəlliyə.

Bu yer gözəl, bu göy gözəl,Quzey gözəl, güney gözəl.

Gözəl kitabla əylənin,Gözəl şeirlər öyrənin.

Aşıb-daşınca duyğularOyansın incə qayğılar.

Gözəlliyə uyan gözəl,Gözəlliyi duyan gözəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов