İzmir festivalında
İzmir, dalğalanır əski bir saray,Nerəyə baxırsam, gülür ulduz, Ay,Aman, nə cənnətə uğradım bu yay,Nə türkü söyləyir Müşərrəf Akay:“Olmayıb kimsədən minnətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!”
Türkiyə böyükdür, Türk böyük deyir,Onun Atasıdır Atatürk deyir,Ey gidi düşmənim, məndən ürk deyir!Çünki bu yer üzü mənə Türk deyir!Yaxar, yıxar səni nifrətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!
Salon dəniz kimi yırğalanmada,Qasırğalanmada, qovğalanmada,Əllərdə çələnglər halqalanmada,Umulmaz türkülər dalğalanmada,Budur şerim mənim, sənətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!
Saz, davul dillənir, qopuz dillənir,Sanki mızraq dinir, topuz dillənir,Türkə ömür verən oğuz dillənir,Altıyız milyonluq nüfuz dillənir,İçimdə şaxlanır, heyrətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!
Siz ey yabançılar, yasaqlar, susun!Bu yerdə yeri yox türlü casusun,Bu yurd örnəyidir uca namusun,Bu gerçək səsidir yurdun, ulusun,Durur bu torpaqda qüdrətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!
Coşur türkülərdə ürək sözlərim,Sevinc yaşlarıyla dolub gözlərim,Silinməz tarixdə qalan izlərim,Ey könüldaşlarım, ey əzizlərim,Ey vətənim mənim, millətim mənim,Türkiyəm, Türkiyəm, cənnətim mənim!
İzmir, 1987
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-izmir-festivalinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Neçin ürəyimi yar oyar mənim,Bu gün bir aydır ki, ondan ayrıyam,
Bu insanlı həyatdaBu insanlı həyatdaBir insanla aran yox.
Bayram olmaz bəşər övladlarına gündə, oğul!Bayram olmaz bəşər övladlarına gündə, oğul!Bax bu dünyada fikirlərlə tutulmuş yığına.
Var olsun ərənlərlə dövrlər devirənlərVar olsun ərənlərlə dövrlər devirənlər,Vicdanlarını millətə doğru çevirənlər.
Стихи других поэтов · О родине
در این سراچهٔ خاکی که دل خرابم ازو
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
SabirimMayın son günüdür, doğulduğun gün,Dağlar tül örpəkli, çiçəklər gülgün.
GəlirsənSəhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?