Mənə mənim kimi pərişan gərək,Bir qoca kişi var mənim evimdə,Hər işə qarışar, soruşan gərək,Onun nə işi var mənim evimdə?!

Söz açar doğmadan, özgədən mənə,Ağarıb saqqalı, tökülüb dişi,Güzgüyə baxaram, güzgüdən mənəBaxar hirsli-hirsli o qoca kişi.

Bir qoca kişi var mənim evimdə,Göz qoyar əvvəlki şəkillərimə,Sanki keçmişi var mənim evimdə,Qaranlıq gətirər fikirlərimə.

Ona güldən ağır söz demək olmur,Heçnədən inciyər, heç nədən küsər.Bir şey istəyəndə, döz demək olmur,Üzünü turşudar, sözümü kəsər.

Adama yovuşmaz, niyə, bilmirəm,Onun təşvişi var mənim evimdə.Qohuma-qardaşa deyə bilmirəm,Bir qoca kişi var mənim evimdə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов