Könlümün türküsü
Könlümün türküsü sənsiz olmaz,Gülşənimsən, çəmənimsən, gözəlim!
Gözlərin nur dolu nərgizlərdir,Əlləri yasəmənimsən, gözəlim!
Yasaq olmuş sənə dərdsiz nəşə,Nəşəsiz dərdə qənimsən, gözəlim!
Ruhum ömrüm boyu səndən bezməz,Sən ki mərmərbədənimsən, gözəlim!
Qəlbimiz bir vurur aləmdə bizim,Mən sənin, sənsə mənimsən, gözəlim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-konlumun-turkusu
Клавиши ← → для перехода, R — случайное стихотворение