Mən Qara dənizə aşiq olmuşam
Dostum Fəraməz Maqsuda
Hər kəs bir gözələ bağlayır könül,Mən Qara dənizə aşiq olmuşam!Onun sularıyla çağlayır könül,Mən Qara dənizə aşiq olmuşam!
O, mənim ürəyim, o, mənim canım,Yanıma gələndə gedər fəğanım,Ondan ayrılanda qaralar qanım,Mən Qara dənizə aşiq olmuşam!
Könlümün onadır umudu, meyli,Məcnunun olmuşam, olurmu Leyli?!Görməsəm gileyli, görsəm gileyli,Mən Qara dənizə aşiq olmuşam!
Dumanım bir dəniz, çənim bir dəniz,Kəsilib ömrümə qənim bir dəniz,Bir dəniz qəmim var mənim, bir dəniz,Mən Qara dənizə aşiq olmuşam!
Dərdimi dənizlər bilərmi ola?Çaylar harayıma gələrmi ola?İnsanlar bu eşqə gülərmi ola?Mən Qara dənizə aşiq olmuşam!
Böylə sitəm olmaz, böylə dağ olmaz,Dumanım dağılsa, dünya dağılmaz!Dənizi götürüb qaçırmaq olmaz,Mən Qara dənizə aşiq olmuşam!
Bir dəniz həsrətə insanmı dözər?Həzər iztirabın üzündən, həzər!Kürü elçi göndər, ay anam Xəzər,Mən Qara dənizə aşiq olmuşam!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-men-qara-denize-asiq-olmusam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sökülən dan yeri qanla siləcək qan yerini,Tökülən qanmı sanırsan sökülən dan yerini?!
Döndərir bayrama sanki yasınıDöndərir bayrama sanki yasınıGecə açdıqca siyah çadrasını.
Niyə ürkürsənNeçə şerimdə görüb türk sözünü,Vay dədə, vay deyə yumdun gözünü.
Öz aramızdaBir qoşma söyləyim, onuKimsə yozmaya, yozmaya,
Стихи других поэтов · О любви
Gənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.
Təcnisi-digərÇıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.