Ay şəfəq çiləyirdiBeyrutun üzərinə,Nənə nağıl deyirdiYetim nəvələrinə,

İsrail caniləriQuduza dönmüşdülər,Ananı diri-diriTorpağa gömmüşdülər.

Ata getdi cəbhəyəŞəhidlər cərgəsində,Öldü qəm yeyə-yeyəÖlüm düşərgəsində.

Nənə nağıl deyirdiYetim nəvələrinə,Üzdən gülümsəyirdiGöz yumub qəhərinə.

Ələddin öz sehirliLampasını silirdi.Bir anda diləkləriGerçəyə çevrilirdi.

Aləmi dolanırdıLampası Ələddinin.Çocuqlar inanırdıMöcüzəsinə cinin.

Söykənib buxarıyaBalaca qız yatırdı.Artıq gecə yarıya,Nağıl sona çatırdı.

Nənə: “Balalar, – dedi;Göydən üç alma düşdü...”Birdən bina titrədi,Göydən üç bomba düşdü...

Tunis, 1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов