Bu Aydanımdır mənim,Canı canımdır mənim,Qızıma qurban olum,Qızıl danımdır mənim!

Bu Xəndanımdır mənim,Adı sanımdır mənim,Onun damarlarındaAxan qanımdır mənim.

Bu Aydanımdır mənim,Mehribanımdır mənim,Duyğum, hissim, təlaşım,Həyəcanımdır mənim.

Bu Xəndanımdır mənim,Kəhkəşanımdır mənim,Bəxtimə ayna tutanÇırağbanımdır mənim.

Bu Aydanımdır mənim,Bu Xəndanımdır mənim,Onlar iki ürəyim,İki canımdır mənim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов