O gün
Gələcək bir gün, əminəm, o gözəl gün gələcək,Yurdumun haqlı səsi haqqa qədər yüksələcək!Olacaq özgür olan millətim özgürlüyə eş,Doğacaqdır üfüqümdən o sabah şanlı günəş!O günəş nurunu yurddaşlara göydən saçacaq,Yaslı üzlər güləcək, paslı könüllər açacaq!Gələcəkdir, gələcəkdir o böyük gün, gələcək,Görəcək millətim alçaqları ölgün, gələcək!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-o-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ulusu anlamayanlardan uzaqlaş, Xəndan,Yurd yasaq onlar üçün, sən də yasaqlaş, Xəndan!
BülbülXəzan gəldi, düşdü yenə soyuqlar,Dəli külək bağçalarda sayıqlar,
Hər zaman şair yaranmışlar, cahandan ruhlanıbHər zaman şair yaranmışlar, cahandan ruhlanıb,Söyləyib dünyaya şeriylə, həyatın şerini.
Ulu gözəlliklə dolu varlığıUlu gözəlliklə dolu varlığıDuymaqdır insanın bəxtiyarlığı.
Стихи других поэтов · О родине
Deyibsiz yə’ni gəlləm gəldi bir belə xəbər, Vaqif,Xilaf idi bu sözlər bəs, peşimanmı məgər Vaqif?
Fərzəndani-şəbüstərYemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
BahalıqSaldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.