Xəzan gəldi, düşdü yenə soyuqlar,Dəli külək bağçalarda sayıqlar,Xəzəllikdə eşələnən toyuqlar,Necə duyar amanını bülbülün?!

Qarşı dağlar dumanlandı qarşıda,Soldu yaşıl yamacların naxşı da,Səhər-axşam eşidirəm qonşuda,İnildəyən kamanını bülbülün.

Yaman gündə ər görünə, ər dinə,Canım qurban ərənlərin mərdinə,Dərdi çoxdur, dərman yoxdur dərdinə,Kim tapacaq dərmanını bülbülün?!

Bir bülbülə nə su gərək, nə sünbül,Yarı canı qızılgüldür, qızılgül,Min könüldən aşiq olan bir könül,Bilməlidir loğmanını bülbülün.

İnsaf nədir insan oğlu bilməli,Ağlayanın köməyinə gəlməli,Rəfiq Zəka, xəcalətdən ölməli,Öldürənlər gümanını bülbülün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе