Dünyada bir fransız yoxKi fransızca bilməsin,Parisdə bir vicdansız yoxDilində vəcdə gəlməsin.

Mən bir italyan görmədimÖz dilinə yasaq olsun,Madriddə ispan görmədimÖz kökündən uzaq olsun.

Yunanlar doğma elindəCan deyib, can eşitmədə,Çocuqlar ana dilindəOrada dil-dil ötmədə.

Mən bir ərəb görmədim ki,Ərəb dilini bilməsin,Ərəbistanda dedim ki,Yadlar, səsinizi kəsin.

Öz dilində oxumayanBircə rus göstərin mənə,Hər kəs öz dilinə həyan.İndi də söz verin mənə.

Ana dilini bilməyənAzmı yekəbaşımız var?!Xəcalətindən ölməyənNeçə-neçə naşımız var!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов