Ocaq bir odlu bulaqdır,Tükənməz, aləm içsə də.

Ocaqsızlara inanmam,Yerə göyə and içsə də.

Ocağa bağlanmalıdırHər insan oğlu; gecsə də.

Alovlanacaq sevgisi,Şair dünyadan köçsə də.

Ocaq fərəh doğurmalı,Kədərsə də, sevincsə də.

Ocağı görərəm, gözümGünəşi güclə seçsə də.

Ocağa doğru gedərəm.Yerimək mənə gücsə də.

Gəlsin bir sürü düşmənim,Ocağım almaz heç zədə.

Canımı qurban verərəmOcağa, canım heçsə də.

Bu ocaq ömrümdür mənim,O keçməz, ömrüm keçsə də!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов