Şairə nə geniş otaqlar gərək,Nə də tərifçilər, yaltaqlar gərək.

Qəlbi qəlbilərdə vuran şairin,Ötsün türküsünü dodaqlar gərək.

Ona mükafatlar gərək deyildir,Ona dağlar gərək, bulaqlar gərək.

Onun qanad çalan tərlan ruhuna,Günəşlə aylanan oylaqlar gərək.

Şairə, şairə yasaq olmayan,Şerə yad olmayan qulaqlar gərək.

Şairə bir könül xoşluğu, bir dəBir qələm, bir də ağ varaqlar gərək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов