Mənim Aydanım var, mənim Xəndanım var!..
Günüm ki nəs gəlir,Qanım qaralınca,Canım darılınca,İçimdən səs gəlir:
Sənin Aydanın var,Sənin Xəndanın var,İki gözün olanİki fidanın var!
Açılır ovqatım,Ucalır sovqatım,Deyirəm, könlüməNurlu alov qatım:
Mənim Aydanım var,Mənim Xəndanım var,İki canım olanİki imanım var!
Sən ey ömürdaşım,Ağarsın, qoy başım,Sevincdən titrəsinGözümdə göz yaşım:
Mənim Aydanım var,Mənim Xəndanım var,İki gözüm olanİki ümmanım var
Yaş ötsün, neyləyək,Neçin qəm eyləyək?!Hər gün bu türkünüBirlikdə söyləyək:
Mənim Aydanım var,Mənim Xəndanım var,İki canım olanİki cahanım var!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-menim-aydanim-var-menim-xendanim-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Qəzəl: Qəm tutma, könül, eşqi ziyafətlü deyirlərQəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı