Uğrama
Şıltaq olan insanlığa yasaqdır,Aman, oğul şıltaqlığa uğrama!Yaltaqların vicdanları pasaqdır,Ərdəmli ol, yaltaqlığa uğrama!
Gülşənlərə yabançıdır alaqlar,Qeyrətləri, ismətləri calaqlar,Qoltuqlara ağac olur yalaqlar,Yalquzaq ol, yalaqlığa uğrama!
Bu dünyada min cığır var, min iz var,İkiüzlü adamlarda min üz var,Yer üzündə bataqlıq var, dəniz var,Dənizdə bat, bataqlığa uğrama!
Kitabxana.az · https://kitabxana.az/ru/works/refiq-zeka-xendan-ugrama
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Könül qəmgin, səhraları gəzirəm,Nə insafdı, mən də sənsiz qalım yar.
BənövşəniBaşına döndüyüm ay qəşəng pəri,Adətdi, dərərlər yaz bənövşəni.
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Qəzəl: Zəəfi-qəmində ol kəmərin sorma halımıZəəfi-qəmində ol kəmərin sorma halımıBir muyi-pic və taba salıbdır xəyalımı