Bir yaz gecəsində uca bağlar üzərindənUlduzlara dalmaq nə gözəldir!

Əfsanə gözəllikləri duyduqca dərindənDaldıqca ucalmaq nə gözəldir!

Dolğun Ayı köynəkdən alıb kökdə qalıncaBir saz kimi çalmaq nə gözəldir!

Bir incə bulud duyğulara pərdə, salıncaBir pərdədə qalmaq nə gözəldir!

Hisslərlə, əməllərlə, diləklərlə coşub da,Ruhunca kam almaq nə gözəldir!

Könlümdəki özləmlərə bir şer qoşub da,Bir türküyə salmaq nə gözəldir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов