Yoldadır insanın ömrünün yolu,Sevgili dünyamız hər an yoldadır.Güney şəfəq dolu, quzey çən dolu,Yaylaq yol üstündə aran yoldadır.

Yollarda türkü var, saz var, aşıq var,Min aləm, min büsat, min yaraşıq var,Yolçu yolda gərək, yolda işıq var,Zülmətin bağrını yaran yoldadır.

Dərdi yad ellərdə qərib bol çəkər,Bu sözə qürbətdə qalan qol çəkər,Bir aydır yollarda gözüm yol çəkər,Ürəyim vətənə varan yoldadır.

İspaniya, 1984

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке