Can verib şan alan ərlər var Azərbaycanda,Düşmənə odlu sipərlər var Azərbaycanda!

Varlığım yurda qul insanlara candan yardır,Qurd ürəkli ulu qartallara göylər dardır!

Yağılar bağrını odla dəlir Odlar yurdu,Qəhrəmanlarla bugün yüksəlir Odlar yurdu!

Yüksəlir, qumbaralardandır ulus daşlarımız,Çəkinərmi ulayanlardan ulusdaşlarımız?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине