Yazda gözləri yol çəkərDağlar Yunus deyə-deyə,Güzdə yaprağını tökərBağlar Yunus deyə-deyə.

Dumanlanar başım kimi,Darılar sirdaşım kimi,Bulaqlar gözyaşım kimiÇağlar Yunus deyə-deyə.

Quşlar öpər çiçəkləri,Sazlar ötər diləkləri,Bağlamalar ürəkləriDağlar Yunus deyə-deyə.

Həyatı röyadan keçər,Xəyaldan, xülyadan keçər,Ölümdən dünyadan keçərSağlar Yunus deyə-deyə.

Qələmi qırar yazanlar,Qaranlıqlarda azanlar,Yunus eşqinə ozanlarAğlar Yunus deyə-deyə.

Bursa, 1990

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов