Nigaranlıq
Çöldə yağış yağır,mən onu görmürəm,ancaq duyuram;küçədən keçən maşınlarıntəkər səsindən,bir də pəncərəmin çöl səkisindəkisarı nərgizinəsəbi insan kimi diksinib titrəməsindən.Düşünürəm:indi asfalt küçələrdənsu axır,tökülür dəmir qapaqlı su yollarına.Qarışır bir-bir sızqovlar,köpüklü çay olur;axıb gedir dənizə.Kim bilir, yağış yağırmışumu kəltən-kəltən,yolları tozlu,əkinləri qızdırmalı dodaqlar kimicadar-cadarkəndimizə?Düşünürəm:bu ildəmitraktorların sükanına,alaqların tikanına,kətmənlərin sapına,hədər yerə töküləcəkneçə insan alnından axan tər?!Rahat qoymayır məni nigaranlıq.Bu ildəmiDolmayacaq pambıq?!
27 yanvar 1962
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-nigaranliq-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Qəm çəkmə, könül, gər ciyərin qanə dönübdürƏyyami-vüsalın şəbi-hicranə dönübdür.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.