Dörd yanım dənizdir,gömgöy!Başımın üstübuludsuz göy.Göz işlədikcə işləyən əngindən,dənizin rəngindən,gəmimizi yalayıb keçənağ ilan köpüklü suların ahəngindənsərxoşam.Yol uzaq.Gedirik dənizi yararaq.Arxada yavaş-yavaşüfüqə çökür axşam.Xatırlayıram,neçə belə axşamın arxasında,ömrün uzaq sahilində,dağ kimiqalaq-qalaq yığılmış illərinyaxasındaqalan günləri...

Beş yaşlı uşağam.Tüstülü ocaq başında,qolları çirməkli,paltar yuyur anam.Sonra göy sudaaxara çəkir paltarları.Gömgöy su ilə doludurqalaylı tiyan.

Mən də bu tiyanın yanındayam.Kağız gəmi salırambu göy suya.Sonra ovurdlarımı şişirdirgücüm gəldikcə üfürürəm.Gəmi gedir yırğalana-yırğalana.Əllərimi vurub bir-birinəbağırıram:– Ana! Ana!Gəmimə baxsana!Gör necə gediryırğalana-yırğalana...Ayrılıram xəyaldan.Üfüqlərə çöküb axşam.Okean gəmisində,göyərtədə durmuşam.İllər köçüb gedib.Nə tüstüsü gözümü göynədənocaq var,nə qara saçlı anam.Yolum ucsuz-bucaqsız okeana.O günlərdən ancaqxatirimdəbalaca kağız gəmiminağ yelkəni qalıb;bir dəgeri dönməyən, çocuqluq illərininyumşaq tikəni qalıb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов