Pillələr, illər
– Ata, neçə pillədiryerdən bizim mənzilə?– Saymamışam, oğlum, –dedim, gülə-gülə.– Vaxt olub,arada iki pillə qoymuşam,vaxt olub üçünü.Nə mərtəbə saymışam,nə yoxlamışam ayağımın gücünü.Yorulmusan?Qucağıma gəl, qalxaq!Bu bir!Bu üç!Bu da beş.Nə tez çıxdıq, bax.
– Ata, neçə pillədiryerdən bizim mənzilə?– Düz otuz beş pillədir,nazlı qızım, gəl qalxaq.Bir... İki... Üç...Pis olmaz, yarıdadayansaq bir ayaq.
– Ata, neçə pillədiryerdən bizim mənzilə?– Ay bala, çox, lap çox.Yüzdür, bəlkə iki yüz.Üç pillə qalxmaq olmurdayanmadan, tövşüksüz.Balaca yüyürdü.Qalxdı pillələri.– Heç də yox, – deyə-deyəqalxdı üçüncü mərtəbəyə.Dedi: – Saydım, üç dəfə on,bir də beş.Mən dayanmadım, tövşümədim heç.Cavab verdim ona:– Doğrudur, bala!Pillələr elə əvvəlki qədərdir.Nə artır, nə əskilir.O soruşdu:– Ata, bəs sən niyə yüz deyirsən?İstədim deyəm:– Ayağımın gücü...Ürəyimin taqəti...Ancaq demədim.Yorğun-yorğun cavab verdim:otuz beşdir, bala, düz deyirsən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-pilleler-iller
Клавиши ← → для перехода, R — случайное стихотворение