Babayam!Nə uzun ağ saqqalım var,nə belim bükülüb.Qucağımda nəvəm – buz baltası!Yanımda atamın nəvəsi – nəvəmin atası.Gedirəm.Günəş həsədlə mənə baxır;Özü baba deyil, axı!Ayaqlarıma döşənib dəniz;övladsız, nəvəsiz.Sığallayır saçımı külək;dünyaya yalqız gəlib, yalqız gedərək.

Küçələrə nəğmə, gülüş yayılıb;dəstə-dəstə, çiçək-çiçək!Yollara sünbül-sünbülişıq çıldırı tökülüb.Babayam!Nə gözlərim nurdan düşüb,nə yaddaşım sökülüb.Gedirəm Bakı boyu;neçə-neçə təbəssümdən, salamdan,xoş baxışdan, qibtədən keçə-keçə.Dostlarım çoxdur;xırda-xuruş istəməyənlərim dəyox deyil;çoxunun adını bilməsəm də.Bu gün hamıya səadət, xoş gün,insana layiq həyat arzum var;köksüm içində asılmış,ürək adlı, dörd gözlü kisəmdə.İstəyirəm yer üzünü dolaşamsəhər şəfəqlərilə.Təbrik edəm dünyadakı babaları, nənələri.İstəyirəm alam qollarıma,dəstə-dəstə çiçək kimi,bütün nəvələri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе