Turalım!Yəqin ki, sənbir zamankitablarımı varaqlayıbbəzi sətirlərə güləcəksən.Deyəcəksən:necə olub ki, babamyepyekə adam,şikayətlənibağcaqanaddan,xərçəngdən, şəkərdən,dilənçilərdən,paxıllardan.Oxuyacaqsan kitablarımı.Duyduğun, bildiyinnə yalnız giley olacaq,nə nöqsan.Yox.Sətirlərimdənbu günün havasını da duyacaqsan.Necə olsa yenə,ordakı sözlərdənbəziləri qəribə gələcək sənə.Başa düşməyəcəksən,yəqin ki,gələcəyin adamı – sənbaşa düşmədim deyibizmlərlə damğalamayacaqsanonları.Lüğət varaqlarını,tarix yarpaqlarını,elm soraqlarınıgəzəcək gözlərinaşağı, yuxarı.Görəcəksən ki, bir zamanbu sözlər var imiş:riya,pozğunluq,yaltaq,yalan.Söz olsa dərd yarıdır.Kosmosun qapısını açaninsanıbalaca bir ağcaqanadyuxudan tez-tez oyadarmış.Nə qədər adamxərçəngdən ölüb,

şəkərdən ölüb,ölüb ürək partlamasından,aparıb özüyləneçə yeni ixtiranın sirrini.Təmizləyə bilməmişik sonacannadanlığın,özümlüyün kirini.Nə qədər adamrahat nəfəs ala bilməyibqeybətdən, dedi-qodudan.Bəlkə mən,zamanın,akkordeon köynəyi kimi açılmışmüxtəlif illəriniyığıram üst-üstə,tez olsun deyə.Bəlkə bu arzuların aləmihələ neçə-neçə ilin ardındadır;sənin gələcəyin kimi,sənin ata olacağın kimi.Lakin mən inanıramo günə.Ya tez,ya bir az ləng olacaq.Gələcək o gün,insan arzusuylaimkanhəmahəng olacaq.Yoxalacaq özümlük,bayağılıq.İnsanlar daha ünsiyyətli olacaq,daha xoşqılıq.Nə pisə yaxşı deyəcəklər,nə yaxşıya pis.Aydın, açıq, mərd olacaqürəklər,əməllər təmiz.Unutma, Turalım, ancaqunutma ki, bu gün bizçox çəkmiş,çox dözmüşük ki,xoşbəxt olasınız siz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов