Burdan karvanlar keçibMənzilləriölkə-ölkəQatarları uzun-uzun.Gah qəmli, gah şad olubBurdan sənət su içib,Burda tarix yaşa dolubŞöhrəti ilə zənginhər qarışı – ömür yolumuzdu.Burdan əsrlər sovuşubXaqani soraqlı,Nəsimi soraqlı.Burdan aylar, illər ötüşübSabir bayraqlı.Torpağının qəzəbindənevlər dağılıb, yollar bükülüb.Yanğınlarındayerdə daşlar külə dönüb.Göydə buludlar ütülüb.Qulaqlardan getməyibnəğməsinin ahəngi,dillərdə şerinin dadı qalıbAzərbaycan Parnası təkadı qalıb.Nəğmə-nəğmə şöhrətiürəklərə, könüllərə axır.Bura tarixin ölməz nəqaratıŞamaxıdır, Şamaxı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов