Verən yoxdur nigarimdən nişan, yarəb, nə bədbəxtəm!
Verən yoxdur nigarimdən nişan, yarəb, nə bədbəxtəm!Dönübdür kövkəbi-bəxtim güman, yarəb, nə bədbəxtəm!
Həmişə kəc inad eylər mənimlə çərxi-kəcrəftar,Edib cövri-fələk qəddim kaman, yarəb, nə bədbəxtəm!
Fəqanü ahü naləmdən gəlib həmsayələr təngə,Gözüm yaşı zibəs olmuş rəvan, yarəb, nə bədbəxtəm!
Ənisü munisim nalə, könüldə möhnəti-hicran,Olub şamü səhər karim fəğan, yarəb, nə bədbəxtəm!
Təamım xuni-dil olmuş, ilahi, göz yaşım şərbət,Olubdur gülşəni-ömrüm xəzan, yarəb, nə bədbəxtəm!
Cahanda eyşü işrət etmədim kamımca yarimlə,Ürəkdə qaldı bu həsrət nihan, yarəb, nə bədbəxtəm!
Mərizi-bəstəri-eşqəm, yoxumdur, ah, dərmanım,Bədəndə qalmayıb tabu təvan, yarəb, nə bədbəxtəm!
Yetirdi ömrümü başa əbəs bihudə mövhumat,Görüm, viran ola, külli-cahan, yarəb, nə bədbəxtəm!
Təbibi-eşq sənsən, eşqdən Vahid olub xəstə,Olur hər an sənə dərdim əyan, yarəb, nə bədbəxtəm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-veren-yoxdur-nigarimden-nisan-yareb-ne-bedbextem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Soruşma halımı, ey dil, bu halım çox pərişandır,Fəraqi-yardə əzbəs çəkib qəm, könlüm al-qandır.
Ey gül, sənə könlümdə məhəbbət yenə vardırEy gül, sənə könlümdə məhəbbət yenə vardır,Əvvəl var idi vəslinə həsrət, yenə vardır.
Sənin kimi, gözəlim, gülüzarımız vardırSənin kimi, gözəlim, gülüzarımız vardır,Xəzanə dönməyəcək novbaharımız vardır.
Xalq arasında məni rüsva qılan bir yardırXalq arasında məni rüsva qılan bir yardır,Aləm içrə firqeyi-məhrulərə sərdardır.
Стихи других поэтов · О любви
قدر روز افزون کند بازار عنبر بشکند
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bahar gəlibdirYenə də bahar gəlibdir,Necə bəxtiyar gəlibdir!
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,