Həmyerlim bir qoca dedi: Eloğlu!Bəs öz vətənindən yazmırsan niyə?Bizim bu Göyçayın gözəllikləriyaraşıq olmazmı şeirlərinə.

Düşündüm: qocanın bu sözlərindəməzəmmət varsa da, həqiqət də var.Göyçayda poema misraları təkdüzülüb yol boyu hündür çinarlar.

Narının şöhrəti tutub hər yanı.Məxməri gülünün ətri xoş olur.Payız vaxtı hər kəs bağına girsə,heyva qoxusundan tez sərxoş olur.

Dedim: – Qoca, yaxşı, borc olsun mənə,Göyçay tərifinə bir şeir, ancaq –sizə də borc olsun Potu kəndindəQantəmirə layiq heykəl ucaltmaq.

Gün keçdi, ömürdən düşdü yarpaqlar.Payızın nəfəsi hər yana doldu.Gedənlər ayrıldı, qalanlar qaldı.Vədə gəldi çatdı, vaxt tamam oldu.

Daş otraq üstündə Qafur – Qantəmirbaxır təzələnmiş köhnə yurduna.Qocanın vədəsi həqiqət oldu.Bəs şairin vədi?Söz verin ona!

İstədim Göyçaydan yazam bu şeriQarşımda canlandı Vətən torpağı.Bir kəndin, bir elin, bir obanın yox,Azərbaycanımın bağçası, bağı.

Vətən torpağını ayırım necəbu Şəki, bu Ərəş, bu Şirvan deyə!Bəs Gəncə, Qarabağ, bəs NaxçıvanaNəğmə qoşmayımmı dur, dayan deyə?

Göyçay vətənimin bir parçasıdır.Burda doğulmuşam, boy atmışam mən.Ancaq necə əziz, gözəl olsa da,Onu ayırmıram böyük Vətəndən.

Mən burdan gedəndə belə deyildi.İndi Göyçay böyük bir şəhər olub.Geniş küçələrin hər iki yanımərtəbə-mərtəbə evlərlə dolub.

Qırmızı qalstuk məktəblilərihər yanda görürəm hey dəstə-dəstə.Bir yanda kosmosdan söhbət açırlar,Bir yanda yüksəlir kəsmə şikəstə.

Xan çinarlarının, meyxoş narınınşöhrəti ölkəyə yayılıb, ancaqbu yerin ən böyük şöhrəti, şanıinsandır, yenə də insan olacaq.

Bu adi torpağın qoynunda bir günHəbibi, Füzuli dünyaya gəlib.Bu yerdə, yurdumun qeyrətli oğluHəsən bəy Zərdabi qalxıb, yüksəlib.

Burda Qantəmirin günləri keçib,Abdulla Faruqun şeri göyərib.İsmayıl Soltanın nəğmələrinəoynaq bəstələri bu torpaq verib.

Göyçay axşamının həzinliyiniHər kəs duyar “Bakı gecələri”ndə.Doğma torpaqların nəfəsi vardırGöyçayın yaşıldon küçələrində.

İskəndər Coşğunu demirəm hələ,qaynar bulaq kimi köpürür, daşır.Vətən davasına igidlər verənGöyçayın şanına dastan yaraşır.

Bu torpaqdan, sudan alıb qidanıdünyaları gəzən şeirlərim də.Bozdağ ətəyində sakit uyuyurElin şair oğlu Əli Kərim də.

Altmış yaşım durub qapı ağzında;ha bu gün, ha sabah gələrəm deyir.Bu vaxtacan az-çox nə yazmışamsadoğma Vətənimin şərəfinədir.

Ömür vəfa etsə yazaram yenəbu yerin qiymətli insanlarından.Yox, yadımdan çıxmaz qədim Potu da,bir az da deyərəm Bığır narından.

Göyçay, sentyabr, 1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине