Adına bənzəmir heçbu Qanlıca(bəzi adamlar kimi;amma tərsinə)Nə dava-dalaşı var,nə qalmaqalı.Havası sərin,qoynu ilıqdırbu bahar günü.Boğaziçixırda-xırda ləpələrləürək kimi döyünür.Qanlıca bir dağ ətəyindədir.Sakit okeandan bəri uzananAsiyanın qurtaran yerində.Elə bil ki, qocaman bir qitəuzadıb boynunusu içir Bosfordan.Gecələr yanır Boğaziçisahil işıqlarından,sudan qalxan tüstüfordan.Bəlkə bu bir adicəqafiyə xətasıdır...Ancaq sular necəsakit olsa da,Qanlıcanə gündüz, nə gecə yatasıdır.Bəlkə əsrlərin o tayındaburaköçəri çobanlarabir sığınaq,bir yurd olub.Qanlıcadabizim adicə qatıqata-baba adını dəyişibyoğurt olub.Havalar istiləşəndə,canı yorğun olanabir məlhəm ocağıdırQanlıca – yoğurtxana.Mən də içdimyoğurtunu Qanlıcanındoktor Kamal Arran,şair Nigar da.

İtişmişdik,Harda tapışdıq,Harda!Oturmuşduq Qanlıca kafesindəyoğurtxanabiz üçümüzvə başqaları neçə yüz.Dörd yanımda tanımadığıminsanlar.Necə maraq dolu gözlərinecə bizimcə dilləri var.Oturmuşamözüm Asiyada,gözüm Avropada.Axı Boğaziçininbir sahili Asiyadadır,biri Avropada.Mən də asiyalıyam,mən də şərqliyəm.Ancaqşərqli var ki,ondan yerdən göyəfərqliyəm.Mən də avropalıyam,ancaqnə ölçüsüz – açıq-saçıq,nə gülünc qapalıyam.İçirəm qatran qoxusunuyamac boyusıra-sıra yaşıl çamın.Baxıram qalmasınbir damcı qatıq dadibində saxsı camın.Qanlıca da asiyalıdır,mən də.Nə düşündümQanlıcanı görəndə.Asiya içdikcəBosforun duzlu suyunu,dedim gətir, qarson, gətirQanlıcanın yoğurtunu,sərinini, duzlusunu.İçdim, içdim,elə bilGöyçaylı Qulununinək qatığıdır.Həm dadı var,Həm adı.İstədim deyəm, Qanlıca,necə sığırbir fincan yoğurtunaiki ayrı-ayrıdünyanın dadı.

28 fevral 1970

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов