Tək qalmağı sevmirəm,tək olanda üzülür,yaman yazıq oluram.Beynim, qəlbim sıxılır.Xəyalımda hərlənirolmuşlar, olacaqlar,keçmiş, keçməmiş çağlar.

Hadisələr bölünürdağınıq, qıça-qıça;bir-birinə bağlanırya dik, dümdüz, ya haça.

Birinə acıyıram.Birini anlayıram.Özüm sorur, sorğumaözüm cavab verirəm.

Ümidim də yellənirquru budaqda bir təkyellənən yarpaq kimi.Qalıram çox içindəbir azad dustaq kimi.

Nə yaxşı tək deyiləm.Yalqızlığımı qovurdost səsi pərən-pərən.Ətrafım qalabalıq –xatirə, gözləm, bilik.Eşidirəm dost səsi.Qeyri-tanışı belədinləyirəm, fikrimlə,yaddaşımla, qəlbimlə.Yaşamağın düşməniyalqızlıqdır, təklikdir.Bunu təkliyə qarşıBoyun əyənlər bilir.

fevral, 1980

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов