İnsan şəkli
Mənə bir sərgi salonu verin!Nə geniş olsun dünya qədər,nə elə hündür olsun ki,ətəyində qala uzun kölgələr.Mənə bir sərgi salonu verin!Orda bir insan şəkli asacağam –adi bir insan.Nə elə kiçik ki, məhəl qoyan olmaya,nə elə böyük ki, baxanda qorxasan.Orda bir insan şəkli asacağam,görünsün dünyanın hər yerindən;zamanın keçmişindən,dövranın indisindən,əsrin gələcəyindən.Bir insan şəkli asacağam;bir yanında Nəsimi –dabanından soyulandan sonra.Bir yanındaməşəl təki yanmış Azəri qızı –tunc heykəli qoyulandan sonra.Bir yanda Cordano Brunonun külü.Bir yanında Məmmədhəsən kişi –ömrü, günü yollara tökülü.Yuxarıda kosmopolit göy,Aşağıda sərhədlə kilidlənmiş ölkələrBir yanda Osvensim –minlərlə insan, beli bükülü.Bir yanda yolları insanla döşənmiş –Köhnə Sibir,Kalıma.Bir yanda Xirosima – ölü.Bir tərəfdəFərhad, Şirin,Kərəm, Əsli,Bir tərəfdə
İsrafil, QafurQastello, Lorka –prometeylər nəsli.Bir insan şəkli asacağam;qapalı dodaqlarında söz yanığı.Ətrafında bayram təntənələri.Baxışında sınaq günləri,dözüm sənələri.Şəklin müəllifi – Zaman.Adı – insanlığın ömür yolu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-insan-sekli
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Şairin ölümüТеперь, читатель, рассказать позвольО том, что и поныне будит боль.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,