Nizaminin tərcümeyi-halı
Страница 3 из 3 · 67%
Səmərqəndli Dövlətşah şairin bu fikirlərinin izilə gedərək, Nizami ilə sultan Qızıl Arslan arasında keçən çox maraqlı bir hekayət söyləyir:
“Azərbaycanın qüdrətli və zəhmli padşahı atabəy Qızıl-Arslan Nizamini görmək istəmiş və şairi yanına çağırtdırmışdır. Göndərdiyi adam şairin ibadətdə olduğu və heç kimsə ilə görüşmək istəmədiyi haqda padşaha xəbər gətirmiş. Sultan bu cəsarətli şeyxi şəxsən görmək istəmiş. Padşahın niyyəti haqqında xəbər tutan şair sultana öz əzəmətini göstərmək üçün kəramət göstərmiş, indiki terminlə desək, onu hipnoz etmişdir: Qızıl Arslan şairin yanına gəldikdə, şahanə bir taxt üstündə oturmuş, ətrafında qullar, xidmətçilər, məmur və əsgərlərlə dolu əzəmətli başıtaclı bir şahla qarşılaşmış. Bu əzəmət qarşısında kiçilən sultan ehtiramla yerə əyilərək ona təzim etmək istəyərkən, önündəki mənzərə dəyişmiş: padşah özünü sadə bir döşək üstündə oturmuş, qabağında qələm və mürəkkəb yazı ilə məşğul bir şeyxin qarşısında görmüşdür”.
Beləliklə, şair ilə şah arasında səmimi bir dostluq yaranmışdır. Bu hadisədən sonra “iki hökmdar” ara-sıra görüşməyə davam etmişlər.
Bu, şübhəsiz, bir əfsanədir. Lakin bu əfsanə Nizaminin müstəqilliyini və hökmdarlara qarşı laqeyd və onlardan asılı olmadığını göstərən böyük bir rəmz və simvoldur...
Nizami bu əsaslı fəzilətlərinə uyğun yüksək bir əxlaq sahibi olmuşdur. Dünyanın heç bir zaman boş qalmadığı qaba tiplərlə bədniyyətli adamlarından Nizaminin həddindən artıq çəkdiyi əziyyətlər onun şikayətnamələrindən aydın görünür. Lakin şair öz müasirləri kimi qabalıq və kobudluqlara şiddət və hiddətlə deyil, özünəməxsus yumşaqlıq və yaxşılıqla qarşı çıxmışdır. Təbiət etibarilə yumşaq və hamıya yaxşılıq diləyən şair ona pislik istəyənlərə belə, pislikdən çəkinmişdir. Onun sözlərilə desək, o, pislik edərsə, “bu pislikdən mənəvi əzab çəkəcəyinə” əmin olmuşdur. Yaxşı olmaq, yaxşılıq etmək və yaxşılıqda qalmaq şairin həyatdakı əsas prinsipi olmuşdur. Kobudluq qarşılıqlı kobudluqla deyil, əksinə, yaxşılıqla aradan qaldırıla bilər. “Ömrünün sonuna qədər yaxşılıq edə bilsə” şair özünün “yaxşı adamların ziyarətgahı” olacağına inanmiş və bu haqda yazmışdır.
Əsərlərində hamıya tövsiyyə etdiyi: “Həvəs və nəfsə hakim olmaq lazımdır” prinsipinə ömrünün axırına qədər sadiq qalan bu Allah adamı, öz “əlinin zəhməti” sayəsində ömrünü kasıb “dərviş əzəməti” ilə keçirmişdir.
Zəmanəsinin o biri şairləri kimi Nizami saraylarda qulluq edib, padşahların arxasınca getməmişdir. Hökmdarların hüzuruna çox nadir və yalnız xüsusi surətdə çağrıldığı hallarda getmişdir.
Şairin yazmış olduğu qəsidələr o dövrün hakim və sultanlarına yaltaqlıqlarla dolu saray qəsidələrinə bənzəməz. Nizaminin qəsidələri, təzkirəçilərin yekdilliklə söylədikləri kimi, sufilikdən, inziva və guşənişinlikdən, dünya nemətlərindən pəhriz etməkdən və hamının mənafeyinə çalışmağa çağıran öyüd-nəsihətlərdən ibarətdir. Başqalarına qayğı göstərmək (altruizm), “bacarırsansa başqasının yükünü çək, yük çəkən birisini qurtarmaqdan daha yaxşı nə ola bilər”. Nizaminin bu dedikləri onun təbiətinin ən xarakterik xüsusiyyətlərini təşkil edir.
Şair “Xosrov və Şirin” ilə “Yeddi gözəl” kimi saray həyatı ilə “çalğı” və “içki” məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda, bu kimi eyş və işrət məclislərinə getməmiş, ömründə, bir dəfə də olsun, ağzına “içki” almamış və ya öz ifadəsi ilə desək, o, dodağı ilə ətəyini şəraba bulaşdırmamışdır. Bu dediklərimizi həm şair özü poemalarında qeyd etmiş, həm də onun həyatı haqqında məlumat verən təzkirəçi və alimlər bir ağızdan təsdiq etməkdədirlər.
“Ağıla düşmən olduğu üçün haram” hesab etdiyi şərabdan iyrənən şairə, əsərlərində gördüyümüz saqilərin böyük həvəs və şövq ilə qədəhlərə süzdükləri şərab əcəba hansıdır?
- Bu, şairin səmimi şərhinə görə haram olmayan, ağıla pozğunluq deyil, ancaq aydınlıq verən ilahi bir şərabdır – elə bir şərab ki, onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə “məstü bihuş” etməkdədir.
Nizami izzəti-nəfsinin yüksəkliyi ilə tanınmışdır. Özünü dərk etmiş bu həqqi insan, özünün dediyi kimi, “vücudunun xaricində yaşamaq sirrini” bilməklə qalmamışdır, eyni zamanda, müasirlərinə özünə qarşı böyük bir ehtiram hissi təlqin etməyi bacarmışdır.
“İskəndərnamə”də öz vəziyyətini təsvir edərkən, bilavasitə bildirir ki, o, “Allaha sığınmaqdan başqa bir qayğısı olmayan bir mütəfəkkirdir” və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir: “İnsanlar onlardan qaçanlara daha çox meyl edirlər”.
Beş böyük məsnəvisindən birincisi – “Məxrənül-əsrar”ı Nizami hicrinin 559-cu ilində (miladi: 1160-cı ildə) yazmışdır. Həmin tarixdə şair 20 yaşında olmuşdur. “Məxzən” onun ilk əsəri deyildir. O vaxtlarda şair sufiyanə qəsidələri, qəzəlləri və başqa şerləri ilə artıq yaxşı tanınmış bir sənətkar idi. Qəzəllər öz dövründə hər yana yayılmış və bütün oxucular tərəfindən sevilmişdi. Azərbaycan atabəylərindən Qızıl Arslanın məclislərində xanəndələrin onun qəzəllərini oxuduqlarını şair özü qeyd etmişdir.
Son böyük əsəri “İskəndərnamə”ni Nizami hicrinin 597-ci ilində (miladi: 1201-ci ildə) yazmışdır. Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğramışdır. Iskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən həkim şair öz ölümünü də təsəvvür etmiş və “onların yuxuya getdikləri kimi Nizami də uyudu” demişdir. Altmış üç ilə yaxın ömrünün yarım əsrlik mühüm bir qismini sənət, hikmət və insanları düz yola hidayət etməyə sərf etmişdir. Nəhayət, öz sözlərilə söyləsək, 1204-cü ildə o, “müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşmuşdur”.
Beləliklə, dünyanın ölməzləri sırasına keçən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olmuşdur.
Şair hələ həyatda ikən həmvətənləri tərəfindən gördüyü hörmət və məhəbbətin çox gözəl bir əfsanə şəklində sonrakı nəsillərə keçmiş olduğunu bilirik.
Nizamiyə bu simanı verən onun yalnız böyük bir şair deyil, eyni zamanda, xalq üçün çalışan, vətən üçün yanan idealist bir mücahid və cəmiyyət adamı olmasıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resulzade-azerbaycan-sairi-nizami-nizaminin-tercumeyi-hali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Möhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) ! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar) Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər. Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e"lan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar) Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar). Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciətMən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: **İnsanlara azadlıq, millətlərə istiqlal!**Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.
Amerikanın səsi radiosunda Aprel işğalının 32 illiyi münasibəti ilə yayımlanan xitabBu gün Bakıda və Azərbaycanın hər bir tərəfində Sovet hökumətinin və Bolşevik partiyasının yapdırdıqları bütün yığıncaq və mərasim yerlərində Sovet Azərbaycanının istiqlal yubileyindən bəhs edilir.Azərbaycan xalqı guya ki, əsl bu gün öz müqəddəratını əlinə almış, həqiqi bir xalq idarəsi qurmuş, istiqlalına gerçəkdən bu gün sahib olmuş imiş.
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciətƏziz vətəndaşlar!**Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm. Bundan 34 il əvvəl – 28 may 1918-ci ildə Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalını bütün dünyaya bildirdi. Bu böyük hadisə ilə biz, yüz il sürən çar əsirliyindən qurtulduq. Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm göstərdi.