Biçin başlanmamış əllərində çin,Zəminin ağzında vərə düzülən.Ömrünü əridib neçə nəsilçin,Ancaq indi-indi şerə düzülənKişilər önündə borcum var mənim.Sözlə qaytarılmaz, alqışlar yetməz.Səsim səslərinə bənzəsə belə,Qışqırsam səsimi onlar eşitməz.

O günün altında başları üstəAlışan çinləri – Misri qılınclar.Ən xoşbəxt haləyə çevrilir üzdəOnların başında ən baha taclar,Körpə ömrümüzə işıq çiləyənO çinlər – ən təmiz bir ayna idi.Zəmi ətəyində biçin nəğməsiDünyanın ən qədim ayini idi.

Zirvələr bu səsə qalxardı ondaBuğdalar sünbüldən pırtlaşardılar.Kişi səsindəki bu zəhmi görüb,Bu bolluğu görüb, bu rəhmi görüb,Yollar dənə-dənə adam bağlayar,Yollar ilxı-ilxı at pardaxlayar,Dağlar oba-oba yurdlaşardılar.

Orda dərz dibində, taya dibində,Ağac kölgəsində, qaya dibində.İpək nənələrin ağ tellərində,Şəkər dillərində, bal dillərindəYüz ilin, min ilin havası vardı,Ağrı irilənmiş batıq gözlərdənBuğda sarısıtək, un işığıtəkBizim üstümüzə xeyir yağardı.

O əyri oraqlar – bükük qarılar,Dağlar yamacında qulağımızaƏn qədim nəğmələr oxuyardılar.O əyri qarılar, o düz nənələrDaraq tanımayan başımız üstəSünbül daraqları toxuyardılar.

Zəmidən qıjıltı səsi gələrdi,Zəmi yox, o daha bir qoşun yolu...Sanki bir güneyi qamarlayardıBizim kişilərin əkin-biçindəUzanan üç arşın, beş arşın qolu.Qolçalar sürüşkən, ilanboğazı,Dəri döşlüklərin sığalı haqdan,Əyilməz kişilər! Nə xoşbəxtsinizDiziniz qabardı dərz bağlamaqdan.

Saxlayın dünyanın hay-harayınıGərək muzeylərdə bir çin tapılsa...O maşın girməyən dağ zəmisiniMənimlə bir yerdə biçən tapılsa...O qara qılçığın, sarı buğdanınİşıq şımağından doğacaq danım....Tələsin, tələsin öyrədim sizə, –Sonra tapmazsınız yer üzərindəBiçin mahnısını xatırlayanı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов