Qocalar payızda taxıl əkərdi
Qocalar şum üçün qayğı çəkərdi –Hələ əllərindən düşməmiş oraq.Qocalar payızda taxıl əkərdi –Yorğun öküzləri haraylayaraq.
Əlləri günəşə döndüyü andanSarı şəfəqləri səpərdi yerə,Səpərdi səhərdən günbatanacanKörpə ümidləri səssiz çöllərə.
Bir qarı gələrdi evinə çağındaƏyilə-əyilə, əlində səbətUtancaq kəlmələr –Gül dodağındanÜrəyə süzülən xeyir-bərəkət...
Səbətlər dolusu payız armudu...Elə qocalar da payızdı, düzü.Xəlvət işardardı küllənən oduDərin qırışlardan ötən təbəssüm.
Kimin eşqndəydi o armud payı,Hansı bir ilqarın son nidasıydı?Hansı xəzanlıqda ləpir arayıb,Hansı çarəsizi ovudasıydı?
İndi o süfrənin ləzzəti harda?O ki halallığın şirin barıymış...Mənə elə gəlir o qocalar daAyrı planetin adamlarıymış!..
Nurlu baxışların hikməti dərinHər kəlmə körpüydü uzaq ellərə.Süfrəyə uzanan iri əllərinSanki ağırlığı düşürdü yerə...
Onlar verərdilər çöldə baş-başa,Torpaq da qocaydı, əllər də qoca.Saz ilə, söz ilə xeyrə uğraşanÜrəyi təpərli ellər də qoca.
Mənim o əkinçi allahlarımlaDayana bilsəydim bir də üz-üzə,Deyərdim: o sarı ümmandan damla, –Torpaqdan göyərən xatirənizəm...
14.IX.1980
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-qocalar-payizda-taxil-ekerdi
Клавиши ← → для перехода, R — случайное стихотворение