Bu çəməndə bir çiçək var
Bu çəməndə bir çiçək var,Hara baxsam görəsiyəm.Bu çəməndə bir çiçək var,Əl uzatsam dərəsiyəm.
Baxışından könlümə yol,Dodağından bir söz yanır.Bu bahar da bəhanəliNəfəsimdən pardaqlanır.
Hər insanın bir baharı,Hər baharın bir çiçəyi.O ömürlük baharımdı –O ömürlük sirr çiçəyi.
Mənimkidir hər saçağı,Fikri, sözü, düşüncəsi.Olmuşları, olacağı,Köksündəki hər nəfəsi.
Bu çəməndə bir çiçək var...Bu çəmənə girmək olmaz...Yaranandan mənimkidir –Ancaq onu dərmək olmaz!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-bu-cemende-bir-cicek-var
Клавиши ← → для перехода, R — случайное стихотворение