Baxmadın ürəyiminQanadlı arzusuna.Sındırdın, ayaqladın,Getdim, gözlərimdə qəm.Bütün gedənlər gələr,Qayıdar yuvasına.Təkcə məni gözləməMən qayıdan deyiləm.

Dünyadan nə elə birMöcüzə ummağım var.Nə sevincə əl açıbSözə umsunmağım var.Məgər mən çöl otuyamHər küləyə əyiləm...Getdimsə, son gedişdiMən qayıdan deyiləm.

Sevən ölüm istəyərBiganəlik istəməz.Qurutduğu bir koldanYaşıl yarpaq gözləməz.Ürəyə yatmıramsaDilə yatan deyiləm...Geriyə yol bağlıdıMən qayıdan deyiləm.

Ürəkdən qurban olmazÜrək sevgidən baha...Hansı təzə söz qonar,Bu qaralmış varağa,Ömrümü girov qoyubDuyğu satan deyiləm,Darıxan özü gedər,Mən qayıdan deyiləm.

10.XI.1985

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов