Gəl tutub əl-ələ qaçaq bu gündənQayıdaqöz uşaq keçmişimizə.Utancaq, mehriban,dəli, qüssəli,Yolları dolaşıq keçmişimizə.

Dolaşaq günlərin sıx meşəsini,Dəysin üzümüzə söz-sov budaqlar.Sındıraq ilk eşqin buz şüşəsini,Görək quruyubmu həsrət bulaqlar.

Döyək qapısını dostun, yadın da –Qapılar ayrılıq pəncəsidimi?!Uşaqlıq yolları qalır yadımdaYalın ayaqların nəğməsi kimi.

Budaqdan asılıb qəhqəhələrləYellənir indi də uşaqlığımız.Qaçarıq yanına qəmlə, qəhərlə,Ancaq o, bir daha bizi tanımaz.

Eh ötən günlərin hər varağındaNeçə arzu odu alışır bəlkə.Kəndin qırağındaqürub çağındaŞair uşaqlığım dolaşır bəlkə.

Gəl gedək, o sənə yüz şeir desin,İndi mənim təbim ona çatammaz.Yox, dayan,Gözəlsən, səni görməsin,Uzun gecələri yoxsa yatammaz.

Yığışsın qəmlərim, toy-düyünlərim,Düzülsün yan-yana neçə qış-bahar.Utana-utana, ötən günlərimƏl verib səninlə tanış olsunlar.

Onda tanıyarsan məni, əzizim,Sonra bu günədək qaçıb gələrik.Daha sorğu-sual ayırmaz bizi,Olub-keçənləri yaxşı bilərik.

1968

Allahın gecə-gündüz işdən, torpaqdan, ilğımlı çöllərdən və uca dağlardan başqa heç yerdə səadət tapa bilməyən bu məzlum millətinin ruhu, işığı min illəri adlayıb gələn bir möcüzədir.Yer üzündə insan əlinin, insan əzələsinin abidələri çoxdur: tikililər, texnika, sənət inciləri...Bəs insan ruhu? Bəs millətin ruhunun işığı? Şeir bu işığın şəklidir, söz-söz hörülmüş ruh abidəsidir...Şer ruhu əbədiləşdirir. Buna görə də şairin zamandan qorxusu yoxdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов