Xocalıdan sonra özümdən zəhləm gedir,Qohumumdan, qonşumdan,“Müstəqillik yolundan”,“Azadlıq vuruşundan”,Görüşümdən, şerimdən, sözümdənzəhləm gedir!

Nə iş başlayıram, hara gedirəmÜzü bahar olur, üzü qış olurDünyanın ən böyük möcüzələriMəni torpağımdan qoparmış olur,Bir anlıq əyləncə – şimşək işığı,Sonra qara zülmət başlanır yenə.

Düşmən süngüsündən imdad diləyənBir ana baxışı, gəlin baxışıBir qisas baxışı, ölüm baxışıMənim daş üzümə tuşlanır yenə.

Asılıb qalmışam vaxt boşluğunda,Daha bu sabahım, o keçmişim yox!Mənim Xocalıdan başqa tarixim,Mənim Xocalıdan başqa işim yox!

Yazır Malıbəyli məktəbliləriQırx uşaq əlinin izi kağızda:“Çınqılda bənövşə açılıb gəlin,Axı demişdiniz gələrəm yazda”.

Çınqılda bənövşə açılır yenə,Şuşa dağlarında əriyəcək qarHardadı məni də bir adam sayanYolumu gözləyən doqquzuncular.

Mənə bu xəcalət ölümdən betər,Biz o mart günündən hayana qaçaqMillət dövlətsiz də yaşaya bilər,Kişisi cırlaşsa öləcək ancaq.

Daha Allaha da inamım qalmaz,Mənə bu qisməti fələk qıyıbsa.Bu dərdi heç nəylə ovutmaq olmazİntiqam məlhəmi tapılmayıbsa.

Yazıq canı yoxkən hələ sağ olan,Beş ildi vuruşu ağlamaq olan,Əli qılıncına yetə bilməyən,

Bu ölə bilməyən, itə bilməyən,Kürsü qəhrəmanı bizlərə yazıq,Yazıq “namus” deyən o gəlinlərə,Yazıq nifrət saçan gözlərə yazıq!

Xocalıdan sonraqısılıb səsim...Səsim o dağlara ilişib qalır.Xocalı ləkəsi daşıyan millət,Vuruşdan savayı nə işin qalır?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов